Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı konstitusiya şikayəti geri çəkilib
Gürcüstanın prezidenti Mikheil Xavelaşvili, sabiq prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” Gürcüstan qanununun ləğvi ilə bağlı konstitusiya şikayətini rədd edib.

“Xarici təsirin şəffaflığı haqqında” Gürcüstan qanunu şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanır və bu, Gürcüstanın dövlətçiliyinin əsas prinsipinin - milli suverenliyin qorunmasına və ölkənin sabit inkişafına kömək edir.
Qanun, cəmiyyətin xarici qüvvələrin maraqlarını daşıyan təşkilatların maliyyə mənbələri haqqında maksimum məlumatlandırılmasına xidmət edir.
Buna görə də, Gürcüstanın prezidenti Mikheil Xavelaşvili, konstitusiya şikayətinə rədd cavabı vermək qərarına gəlib”, - prezident administrasiyası tərəfindən yayılmış məlumatda bildirilir.