12 ildən sonra evləndilər - FOTO
63 yaşlı məşhur aktyor Eddi Merfi evlənib.
meqale.com axsam.az-a istinadən xəbər verir ki, aktyor 12 ildir münasibətdə olduğu 44 yaşlı sevgilisi Peyc Butçerlə nikah masasına əyləşib.
Toy mərasimi iyulun 9-da Karib dənizindəki Anqiilla adasında baş tutub. Məclisdə cütlüyün yaxın qohumları və dostları iştirak edib.
Qeyd edək ki, Merfi 2012-ci ildən Peyclə sevgildiir. Onlar tanışlıqdan 6 il sonra nişanlanıblar. Cütlüyün birgə iki övladı var: səkkiz yaşlı qızı İzzi və beş yaşlı oğlu Maks. Aktyorun ümumilikdə 10 övladı var.