16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı
Ötən ilin sentyabrında Astarada baş vermiş ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Çayoba kəndində qeydə alınmış hadisəyə görə 1991-ci il təvəllüdlü sürücü Aslan Qasımova hökm oxunub.
Bildirilib ki, o, hadisə baş verən gün 16 yaşlı bacısı oğlu İgidlə birgə toy məclisini tərk edərək idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə evə qayıdırmış.
Bu zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Zərbənin təsirindən yeniyetmə maşının ön şüşəsindən çıxaraq yola düşüb və aldığı xəsarətlərdən vəfat edib.
Məhkəmədə mərhumun anası qardaşından şikayətçi olmadığını bildirib.