Bakıda binada yanğın olub - xəsarət alan var - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən meqale.com-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 119 kv.m olan üçotaqlı mənzilin dəhlizində 1 ədəd yataq dəsti, dəhlizin divar kağızları 9kv.m. sahədə, otaqların və hamamın qapıları qismən yanıb, yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 5kv.m. sahədə deformasiya edib.

Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin, bina sakinləri təxliyə edilib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

Xəsarət alan şəxs yanğının baş verdiyi mənzildə kirayəçi kimi yaşayan Türkiyə vətəndaşı, 41 yaşlı Ahmed Gökdumandır.