19 yaşlı nəvəsinin ölüm səbəbi bəlli oldu
Hollivud ulduzu Robert De Nironun 19 yaşındakı nəvəsi Leandro De Niro Rodrigezin ölüm səbəbi ortaya çıxıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, Leonardonun qadağanolunmuş maddə qəbul etdiyi bildirlib. Mərhumun anasının verdiyi açıqlamaya görə, gənc fentanil tərkibli həblər içib.
"Biri ona bağlı olduğunu bildiyi halda yenə də bu tərkibli dərmanları satıb. Hələ də bunları alıb, satan bütün bu insanların ucbatından oğlum əbədi getdi" deyə, o, əlavə edib.