2 minlik noxud oğurlandı: saxlanılan var
Cəlilabadda iki min manatlıq noxud oğurlayan şəxs saxlanılıb.
                        meqale.com axar.az-a istinadən bildirir ki, rayon ərazisində yerləşən mağazalardan birindən iki min manat dəyərində noxudun oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı Hüseyn Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.