Tiktokda ilin yekunları - Azərbaycanın ən maraqlıları

İlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı

Tiktokda ilin yekunları - Azərbaycanın ən maraqlıları
İlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı

Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib. Dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünənəxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir. TikTok-da 2025-ci il yeni kəşflər dövrü oldu: ilhamverici hekayələr, kiçik bizneslər və istifadəçilərin sevimlisinə çevrilmiş istedadlı kreatorlar, Azərbaycan mədəniyyətini yeni prizmadan təqdim edən və ölkənin tükənməz yaradıcılıq potensialını üzə çıxaran məzmunlar.

TikTok bir daha sübut etdi ki, o, təkcə istirahət məkanı deyil, eyni zamanda hər kəsin öz istedadını ortaya qoya və populyarlıq qazana bildiyi bir platformadır; burada kiçik bizneslər müştərilərini tapır, tematik və maarifləndirici təşəbbüslər həyata keçirilir, milli koloritə malik kontent isə tövsiyələrdə ön sıralara yüksəlir. Gəlin, TikTok istifadəçilərinin bu ili necə formalaşdırdığını bir daha xatırlayaq! Yenə də yemək: kulinariya kontentinin parlaq müəllifləri

TikTok-da öyrən: Azərbaycanda maarifləndirici kontentin ən maraqlı müəllifləri

#Novruz2025: Milli mədəniyyətin təşviqi

Bu il platforma ilk dəfə olaraq bahar bayramı olan Novruzu Azərbaycandakı icması ilə birlikdə qeyd edib. TikTok genişmiqyaslı bayram onlayn festivalı üçün bir platformaya çevrildi: #Novruz2025 həştəqi ilə istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini əks etdirən 12 mindən çox video hazırladılar, bayram təamlarının reseptlərini paylaşdılar və ölkələrinin ənənələrinin gözəlliyini nümayiş etdirdilər. TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutdu. İstifadəçilərin rəqəmsal təhlükəsizliyinin və rifahının gücləndirilməsi TikTok platformada təhlükəsizlik və istifadəçi rifahı alətlərinin inkişafını aktiv şəkildə davam etdirərək daha rahat və təhlükəsiz rəqəmsal mühit formalaşdırıb. Platforma İcma Qaydalarını yeniləyərək sadələşdirib, yeniyetmələrin qorunmasına və sağlam rəqəmsal vərdişlərin formalaşdırılmasına yönəlmiş funksiyaları genişləndirib, həmçinin təsdiqləyici ifadələr, sakitləşdirici səslər və nəfəs məşqlərini əhatə edən "Vaxt və rifah" bölməsini istifadəyə verib.

Bununla yanaşı, müəlliflər üçün alətlər də təkmilləşdirilib - şərhlərin idarə olunmasından və LIVE yayımlarında kontentin nəzarətindən tutmuş, paylaşımların əvvəlcədən yoxlanılmasına və mesajlarla işləmək üçün yenilənmiş funksiyalara qədər. Eyni zamanda, TikTok məşhur kreatorlarla birgə hazırlanmış, rəqəmsal savadlılığa həsr olunmuş ilk azərbaycandilli maarifləndirici layihəsini - #ÖncəTəhlükəsizlik layihəsini təqdim edib.

#AzərbaycanMüəllimləri: maarifləndirici kontentə marağın artması

TikTok #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəyə təşəbbüs göstərib və onu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirib. Müsabiqə biliklərin və maarifləndirici kontentin təbliği üçün kreativ formatlarla eksperiment etməkdən çəkinməyən, ölkənin müxtəlif bölgələrindən yüzlərlə istedadlı müəllimi bir araya gətirib.

Layihədə iştirak üçün ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunub - onlar platformada öz fənləri üzrə maarifləndirici videolar paylaşıblar. Layihənin nəticələrinə əsasən, rəsmi #AzərbaycanMüəllimləri həştəqi altında paylaşılan tədris videolarının sayı 4 mindən çox olub.

"Bu il, biliklərin yayılmasına, mədəni irsin qorunmasına və müsbət rəqəmsal mühitin formalaşdırılmasına töhfə verən yaradıcı və maarifləndirici kontentin təsir gücünün nə qədər böyük olduğunu açıq şəkildə ortaya qoydu. Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk festivalımız platformada ilin ən böyük mədəni hadisəsinə çevrildi; ölkənin hər yerindən müəllimlər yaradıcılıqlarını sınamaq və biliklərini yüz minlərlə istifadəçi ilə bölüşmək imkanı əldə etdilər, sahibkarlar isə bizneslərini inkişaf etdirmək üçün TikTok-un imkanlarından istifadəni davam etdirdilər. Biz bundan sonra da müəllifləri dəstəkləməyə, mədəniyyət, təhsil və rəqəmsal savadlılıq sahələrində təşəbbüsləri inkişaf etdirməyə, həmçinin istifadəçilərin rahat mühitdə özlərini sərbəst və yaradıcı şəkildə ifadə etmələrinə dəstək verməyə davam edəcəyik", - deyə TikTok-un Azərbaycan, Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Melis Çağlar bildirib.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.