2025-ci ildə Togg-un sedan modelinin istehsalına başlanacaq - Kacır

Togg-un sedan modelinin istehsalına 2025-ci ildə başlanacaq.

2025-ci ildə Togg-un sedan modelinin istehsalına başlanacaq - Kacır
Togg-un sedan modelinin istehsalına 2025-ci ildə başlanacaq.

meqale.com TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib.

Onun sözlərinə görə, Togg 2024-cü ilin sonunda sedan modelini ictimaiyyətə təqdim edəcək.

"Hazırda Türkiyədə 15 mindən çox "Togg" markalı avtomobil istifadə olunur. 20 min avtomobil bu ilin sonuna kimi öz sahiblərinə təhvil veriləcək. 2025-ci ildən etibarən "Togg" markalı avtomobillər Avropaya ixrac edilməyə və eyni il içində sedan model avtomobillərinində istehsalına başlayacaq," - deyə nazir qeyd edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.