“5 milyonla işlərimiz düzəlməyəcək” - Qurban Qurbanov
"Rəqibi təbrik edirəm. Çox vacib qalibiyyət əldə edərək növbəti mərhələyə çıxdılar. Onlara uğurlar arzulayıram".
meqale.com istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində Yunanıstanda "Olimpiakos"a 0:3 hesabı ilə uduzduqları oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
"Stadionda yaxşı atmosfer vardı. Çox dinamik oyun getdi. Futbolçularımın yaxşı mübarizə aparması mənim üçün çox vacib idi. Onların ifasında bunu gördüm. Əfsuslar olsun ki, futbol səhvlər üzərində qurulub. Texniki səhvlərdən sonra qapımızda üç qol gördük. Hər bir halda Avropa Liqası bizim üçün bitmişdi. Düşünürəm ki, növbəti mövsümə hazırlaşmaq üçün builki oyunlar bizim üçün böyük təcrübə oldu. Ümumiyyətlə, Avropada futbol tamamilə dəyişir. Məncə, biz gələn il üçün böyük fayda əldə etdik. Hər bir halda futbolçularımın yanındayam. Ötən illərdə belə mərhələlərdən keçmişik, həm uğurlarımız, həm də uğursuzluqlarımız olub", - mütəxəssis bildirib. Ətraflı
Təcrübəli məşqçinin sözlərinə görə, futbolda hər il uğurlu olmaq mümkün deyil: "Bəli, çox qol buraxdıq. Müdafiədə zəif çıxış etdiyimizi qəbul etməliyik. Digər tərəfdən, çox yaxşı komandalara qarşı oynadıq. Ümumiyyətlə, Avropa təcrübəsinə baxsaq, görərik ki, nadir hallarda az top fərqi ilə hesablar olur. Əlbəttə, ötən il daha yaxşı nəticə qazanmışdıq. Bəzən düşündüyünü meydanda edə bilmirsən, rəqib səndən daha üstün olur. Çatışmazlıqları görürük, aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Digər tərəfdən, komandanı ilboyu eyni səviyyədə saxlamaq heç də asan deyil. Çünki futbol kollektiv oyundur. Oyun üslubunu qoruyub saxlamaq üçün futbolçuların formasının da yüksək səviyyədə qalması çox vacibdir. Ola bilər ki, bu baxımdan da müəyyən problemlərimiz oldu. Qarşıda vaxtımız olacaq ki, oyunlarımızı daha yaxşı analiz edib səhvlərimizi tapaq".
Qurban Qurbanov "Juninyonun satışından əldə olunan vəsaitlə "Qarabağ"a 1-2 milyon dəyərində hücumçu almağı düşünürsünüzmü" sualına isə belə cavab verib: