50 məktəb bomba təhlükəsinə görə boşaldıldı
Hindistanın paytaxtında və Yeni Dehli ətrafında ən azı 50 məktəb bomba hədəsi aldıqdan sonra boşaldılıb.
meqale.com unikal-a istinadən xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Bildirili ki, Yeni Dehlidəki bir neçə məktəb, o cümlədən mayın 1-də imtahanın keçirilməli olduğu Məryəm Ana Məktəbi də daxil olmaqla təhlükə barədə bildiriş alıb.
Bunun fonunda məktəblilər evə göndərilib. Hadisə yerinə polis və aidiyyatı qurumlar cəlb olunub.