70 il “dəmir ağciyərdə” yaşayan Pol Aleksandr vəfat etdi - FOTOlar
ABŞ-nin Texas ştatının Dallas şəhərində 70 ildən çox "dəmir ağciyərdə" yaşayan 78 yaşlı Pol Aleksandr dünyasını dəyişib.
meqale.com oxuya istinadən bildirir ki, 1952-ci ildə altı yaşlı Pol Aleksandrın virus səbəbiylə bütün bədəni boyundan aşağı iflic olub. O, yalnız başı çıxdığı 600 kiloluq xüsusi silindrdə "Dəmir ağciyərlərlə" yaşamağa möhtac qalıb. Lakin buna baxmayaraq, Paul Aleksandr yazıçı, hüquqşünas və səyyah kimi aktiv həyat sürüb. O, fiziki məhdudiyyətləri olsa da, müsbət münasibəti və təbəssümü ilə tanınırdı.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun