ABŞ-da ticarət mərkəzində atışma: ölənlər var
ABŞ-ın Corciya ştatının Atlanta şəhərində ticarət mərkəzində baş vermiş atışma zamanı 4 nəfər ölüb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, hadisə mərkəzin restoranlar yerləşən mərtəbəsində baş verib.
Atlanta polisinin verdiyi məlumata əsasən, ölənlərdən üçü ziyarətçidir. Şübhəli şəxs hadisə zamanı güllələnib. Polis hadisənin səbəblərini araşdırır.