ABŞ-də parkda dəhşət yaşandı - ölən və yaralanan var
ABŞ-nın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışma olub.
meqale.com xəbər verir ki, bu barədə yerli polis departamentindən bildirilib.
Məlumata görə, silahlı insident nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə güllə yarası alıb.
Hadisə yerində təcili yardım xidmətləri işləyir.