Rusiyanın ən böyük neft emalı zavodu BAĞLANDI
Rusiyanın Orenburq vilayətindəki ən böyük neft emalı müəssisələrindən biri - "Orsknefteorqsintez" (OrskNOS) zavodu qəza səbəbindən fəaliyyətini tamamilə dayandırıb.
meqale.com xəbər verir ki, "Forteinvest" şirkətinə məxsus zavodda avadanlıq modernləşdirilməsi zamanı yanğın baş verib, alov sonradan söndürülüb.
Bundan əlavə, müəssisə noyabrın 11-də PUA hücumuna məruz qalıb.
Zavodun ən azı bir həftə işləməyəcəyi, bunun isə təxminən 70 min ton xammal itkisinə səbəb olacağı bildirilir. "OrskNOS" vilayətin yanacaq tələbatının 40 faizini qarşılayır.