ABŞ-nin ən hündür adamı öldü
"Xeyirxah nəhəng" ləqəbi ilə tanınan aktyor və keçmiş polis məmuru Corc Bell 68 yaşında vəfat edib. O, ABŞ-nin ən hündür insanı kimi tanınırdı, boyu təxminən 238 sm idi.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Norfolk şerifinin ofisi WTKR telekanalına məlumat verib.
Corc həmçinin "Amerikan qorxu hekayəsi" (2011-ci ildən bu günə qədər) serialında çəkilib. 2007-ci ildə Ginnesin Rekordlar Kitabı onu rəsmi olaraq ABŞ-nin ən hündür insanı kimi tanıyıb.