ABŞ Ukraynaya daha 800 milyon ayırır
ABŞ Rusiyanın hücumlarından sonra Ukraynanın enerji təchizatının bərpası üçün 800 milyon dollar ayıracaq.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ energetika nazirinin müavini Devid Terka ilə görüşdən sonra bildirib.
"ABŞ-a səfərimiz zamanı enerji əsas mövzulardan biri idi. Dövlət katibinin müavini Devid Terka ilə birlikdə Ukraynanın enerji sisteminin bərpası üçün zəruri addımları müzakirə etdik", - o, X sosial şəbəkəsində yazıb.
Nazir qeyd edib ki, Rusiya hava hücumları nəticəsində ölkənin enerji infrastrukturunun 50%-dən çoxu zədələnib.