AFFA braziliyalı futbolçunu diskvalifikasiya etdi
AFFA "İmişli"nin futbolçusu Gilyerme Silvanı cəzalandırıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, buna legionerin I Liqanın XXVI turunun "Araz Saatlı" ilə matçındakı hərəkəti səbəb olub.
23 yaşlı braziliyalı görüşün 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd edib. O, bu hərəkəti üçün 4 oyunluq diskvalifikasiya edilib.