AFFA-dan “Turan Tovuz”un şikayətinə CAVAB
AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Tribunalda "Turan Tovuz"un şikayətinə baxılıb. Qərblilər Azərbaycan Premyer Liqasının XXXIII turunun "Zirə" ilə oyununun 90+9-cu dəqiqəsində qırmızı vərəqə alan Roderik Millerlə bağlı müraciət edib.
AFFA apelyasiyanı təmin etməməyə qərar verib. İntizam Komitəsinin təcavüzkar davranışa görə verdiyi 4 oyunluq cəza və klubun 3000 manat cərimələnməsi qüvvədə saxlanılıb.