Ağır qəza ölənlərin və yaralının kimliyi məlum oldu - YENİLƏNİB - FOTO

Sabirabadda baş verən yol qəzasında ölənlərin və yaralının kimliyi məlum olub.

Ağır qəza ölənlərin və yaralının kimliyi məlum oldu - YENİLƏNİB - FOTO
Sabirabadda baş verən yol qəzasında ölənlərin və yaralının kimliyi məlum olub.

meqale.com APA-ya istinadən bildirir ki, avtoqəza Sabirabad rayonunun Qaragüney kəndi ərazisində baş verib.

Qəza zamanı "Chevrolet" markalı avtomobil Sabirabad rayonunun Zalqarağac kənd sakini 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə avtomobildə olan sərnişinlər Zalqarağac kənd sakinləri, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu, biri hadisə yerində digəri isə xəstəxanaya aparılarkən yolda ölüb.

"Mercedes" markalı avtomobilin sürücüsü Elməddin Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.

---------

14:00

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası olub.

meqale.com report-a istinadən xəbər verir ki, Zalqarağac kəndində "Mercedes" və "Chevrolet" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.