Ali Baş Komandan ağıla gəlməyən gerçəklikləri həyata keçirdi – Füzuli sakini
Allah Ali Baş Komandan Prezidentimizi qorusun ki, ağıla gəlməyən gerçəklikləri həyata keçirdi.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Məhərrəmova Gülfinaz deyib.
Onun sözlərinə görə, 30 ildən çox məcburi köçkün həyatı yaşadıqdan sonra öz doğma yurduna geri dönür.
"Prezidentimizə təşəkkür edirik ki, bizim öz doğma yurdumuza qayıtmağımız üçün şərait yaradıb. Hazırda bizim üçün orada əvvəlkindən daha yaxşı şərait yaradılıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Bizim üçün ən əsası torpaqlarımızın işğaldan azad olunması idi", - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1298 nəfərin daimi məskunlaşması təmin edilib.