Ana məhkum övladı üçün həbsxanaya narkotik keçirmək istədi
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
                        meqale.com xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.
Bildirilib ki, məhkum Orxan Akif oğlu Azayevlə görüşə gəlmiş anasının üzərinə baxış keçirilən zaman ümumi çəkisi 2,290 qram müxtəlif növ psixotrop maddələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.