Hərbi təyyarə qəzaya uğradı - Heyətdən xəbər yoxdur...
Filippin Hərbi Hava Qüvvələri Mindanao adasında helikopter qəzaya uğrayıb.
meqale.com xəbər verir ki, Filippin Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopter Mindanao adasının Agusan del Sur əyalətində qəzaya uğrayıb.
Helikopter Tino (Kalmaegi) tayfunundan dəyən ziyanı qiymətləndirmək üçün Davaodan Butuana gedən dörd helikopterdən biri olub və rabitə əlaqəsi kəsilib.
Axtarış-xilasetmə işləri başlanıb və helikopter heyətinin vəziyyəti və ya itkilər barədə hələlik rəsmi məlumat yoxdur.