“Ad günümün səhəri oğlumu itirdim...”

Türkiyədəki zəlzələdə həyatını itirən 4 azərbaycanlı tələbənin ölümündən bir il ötür.

“Ad günümün səhəri oğlumu itirdim...”
Türkiyədəki zəlzələdə həyatını itirən 4 azərbaycanlı tələbənin ölümündən bir il ötür.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Baku TV həmin tələbələrdən Gündüz Nəzərzadənin ailəsindən reportaj hazırlayıb.

Gündüzün atası ötən il baş verən dəhşətli hadisədən danışıb. O bildirib ki, oğlu Azərbaycanda tibb təhsili alıb, daha sonra magistr üçün Malatyaya gedib: "Hadisə olduqdan sonra gedib gördüm ki, bina tamamilə çöküb. 4-5 ay idi, uzman mütəxəssis olmaq üçün Malatyaya getmişdi. Zəlzələdən öncə onunla telefonla danışdıq. Dedi ki, məni hamı tanıyacaq, hiss edirmiş sanki. Belə tanındı..."