Aparıcılar canlı efirdə belə girov götürüldü - VİDEO

Bir qrup silahlı şəxs Ekvadorun TC Televiziya telekanalının studiyasına soxularaq efirdə olan xəbər aparıcılarını girov götürüb.

Aparıcılar canlı efirdə belə girov götürüldü - VİDEO
Bir qrup silahlı şəxs Ekvadorun TC Televiziya telekanalının studiyasına soxularaq efirdə olan xəbər aparıcılarını girov götürüb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.

Studiyaya altı maskalı şəxsin girdiyi dəqiqləşdirilir. Videoda onların yerdə uzanmış kanalın əməkdaşlarına silah tuşlaması əks olunub.

Bildirilir ki, studiyada partlayış səsləri eşidilib.

Hücumun görüntüləri canlı yayımlanıb, bundan sonra yayım dayandırılıb.

Ekvador polisi xüsusi təyinatlıların telekanalın ofisinə gəldiyini bildirib.

Ekvador hüquq-mühafizə orqanları TC Televisión telekanalının studiyasında quldurlar tərəfindən ələ keçirilən girovların əksəriyyətini azad edib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun