Aprel ayında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib

Bu ilin aprel ayında Türkiyə limanları 4 min 756 gəmi qəbul edib.

Aprel ayında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib
Bu ilin aprel ayında Türkiyə limanları 4 min 756 gəmi qəbul edib.

meqale.com-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477 gəmi qəbul edib.