Aqil Qurbanov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib - FOTO
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Quru Qoşunları, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərində iştirak edib.
meqale.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasimlərdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları təbrik edib.
Baş direktor təhsildə fərqlənən azərbaycanlı gənc zabitlərə diplomlar təqdim edib.