ARB 24 beynəlxalq əlaqələrini genişləndirir - FOTO

Abu Dabidə keçirilən Bridge Media Summiti çərçivəsində ARB 24 telekanalı ilə Birləşmiş Ərəb Əmirliklərinin Viory beynəlxalq informasiya agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, sənədə Viory-nin baş meneceri Zulayho Siddikova və telekanalın direktoru Radik İsmayılov imza atıblar.

Memoranduma əsasən, tərəflər arasında əməkdaşlıq qurulacaq və informasiya mübadiləsi həyata keçiriləcək. Viory-nin baş ofisi Abu-Dabidə yerləşir. Dünyanın əksər regionlarında nümayəndəlikləri var. Agentlik Qlobal Cənubun səsinin dünyaya çatdırılmasını özünün əsas missiyası elan edib.