Yol kənarındakı meyvələri sakinlər yığa bilər? - AÇIQLAMA

Bakıda yol kənarlarında əkilən meyvə ağaclarının məhsulu toplanmadığı üçün hər mövsüm xeyli meyvə yerə tökülərək çürüyür.

Yol kənarındakı meyvələri sakinlər yığa bilər? - AÇIQLAMA
Bakıda yol kənarlarında əkilən meyvə ağaclarının məhsulu toplanmadığı üçün hər mövsüm xeyli meyvə yerə tökülərək çürüyür.

meqale.com xəbər verir ki, ətraf mühit üzrə ekspert Rövşən Abdullayev bildirir ki, əsas məsələ ağacların yerləşdiyi torpağın kimə məxsus olduğunu müəyyənləşdirməkdir. Onun sözlərinə görə, əgər ağaclar bələdiyyəyə aiddirsə, meyvənin yığılması həmin qurum tərəfindən təşkil olunmalı və sakinlər toplaya bilməz. Amma dövlət torpaqlarında məhsul yığılmırsa, sakinlərin meyvə toplamasında problem yoxdur.

Bakı Şəhər Yaşıllaşdırma İdarəsi isə məsələ ilə bağlı bildirib ki, onlar yalnız dekorativ ağaclara nəzarət edirlər. Yol kənarındakı meyvə ağacları köhnə əkildiyi üçün sakinlər onlardan rahatlıqla meyvə yığa bilərlər.