Qışda xəmir yeməkləri mədəyə necə təsir edir? -AÇIQLAMA
Soyuq havaların başlaması ilə xəmir yeməklərinə qutab, plovun yanında lavaş, xəngəl, düşbərə və digər karbohidratlı qidalara maraq artır.
Bəs bu yeməklər qış aylarında mədəyə necə təsir edir?
meqale.com xəbər verir ki, qida eksperti Ağa Salmanov bildirib ki, soyuq mövsümdə orqanizm daha çox enerji tələb etdiyi üçün insanların xəmir və karbonhidrat tələbatı artır. Lakin bu cür yeməklərin tez-tez və həddindən artıq qəbulu mədədə ağırlıq, köp, qaz və həzm gecikməsi yarada bilər.
O, qeyd edib ki, xüsusilə də axşam saatlarında ağır xəmir yeməkləri yemək mədənin işini ləngidir və reflüks, yanğı, həzmsizlik kimi şikayətləri gücləndirir:
"Şorba və tərəvəzlə zəngin qidalarla balanslaşdırılmadıqda xəmir yeməkləri çəki artımına da səbəb ola bilər. Qış aylarında xəmir yeməklərindən tam imtina etmək lazım deyil, lakin porsiyalar kiçik olmalı, qidalanma tərəvəz, zülal və kifayət qədər su ilə tarazlaşdırılmalıdır. Onların sözlərinə görə, gün ərzində aktivlik azalıbsa və hərəkət minimumdursa, xəmir yeməklərini daha nadir seçmək daha sağlam hesab olunur".
Ekspert bildirib ki, düzgün porsiya və uyğunlaşdırılmış rasionla xəmir yeməkləri qışda təhlükə yaratmır, əsas olan balansı qorumaqdır.