Arda üçün "Real Madrid"ə 50 milyon avro təklif edəcək
"Real Madrid"in futbolçusu Arda Güler karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
meqale.com oxuya istinadən xəbər verir ki, "Bavariya" türk oyunçunu heyətinə qatmağı planlaşdırır.
Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani hücum xətti üçün əsas prioritet kimi Arda Güleri düşünür. Belçikalı mütəxəssis 20 yaşlı hücumameyilli yarımmüdafiəçini 4-2-3-1 sxemində Harri Keynin arxasında Maykl Olise və Camal Musiala ilə birlikdə oynatmağın planını qurur.
"Bavariya" Türkiyə millisinin üzvü üçün yayda "Real Madrid"ə 50 milyon avroluq təklif göndərəcək. "Kral klubu" futbolçusunu bu qiymətə satmağa hazırdır.