Artıq telefonlarınızla belə qara dəlikləri tapa bilərsiniz

Araşdırmalara görə, qara dəlikləri smartfonlar vasitəsilə axtarmaq mümkün ola bilər.

Artıq telefonlarınızla belə qara dəlikləri tapa bilərsiniz
Araşdırmalara görə, qara dəlikləri smartfonlar vasitəsilə axtarmaq mümkün ola bilər.

meqale.com lente istinadən xəbər verir ki, qara dəliklərin axtarışı üçün nəzərdə tutulmuş xüsusi mobil tətbiq hazırlanıb.

Bu tətbiqdən istifadə edərək istənilən şəxs kainatın müşahidəsi prosesində alimlərə yardımçı ola bilər. Dutch Black Hole Consortium layihəsinin alimləri tərəfindən yaradılmış "Black Hole Finder" tətbiqi həm smartfonlarda, həm də veb sayt şəklində aktivdir. Qeyd edilmiş qısa təlimatdan sonra istifadəçi Çilinin şimalında yerləşən "BlackGEM" adlı teleskop vasitəsilə əldə edilmiş fotoları müşahidə edə biləcək. Qeyd etmək lazımdır ki, sözügedən teleskop kilonova adlı kosmik partlayışların axtarışı ilə məşğuldur.

Kilonova qara dəlik ilə neytron ulduzunun toqquşması nəticəsində baş verir. Bu iki kosmik obyektin toqquşması nəticəsində qısamüddətli elektromaqnit şüalanması əmələ gəlir. Əmələ gələn elektromaqnit şüalanması bəzən ulduz kütləli qara dəliyin formalaşmasına da təkan verə bilir. Kilonova partlayışları adi nova partlayışlarından 1000 dəfə daha parlaq olsalar da, onlar supernova partlayışlarının parlaqlıqlarının 1/10-1/100 hissəsinə sahibdirlər.

Kilonovaların çox qısa müddət ərzində mövcud olmalarını nəzərə alsaq, bu, onların aşkar edilməsində çətinliklər yaradır. Dəqiq şəkildə təyin edilmiş hər bir kilonova alimlərə yenicə formalaşmış qara dəliyin yerləşdiyi yerin müşahidəsi imkanını verir.