"Beyonsa bənzədiyim üçün müxtəlif təkliflər alıram" - FOTO
"Dünya şöhrətli müğənni Beyonsa bənzədiyim üçün hər gün təkliflər alıram. Hətta, mənimlə bir gecə keçirmək üçün 25 min dollar ödəmək istəyən də var idi"
meqale.com bildirir ki, bu sözləri məşhur müğənni Beyonsun braziliyalı oxşarı Juliana Machado Sotinho söyləyib. 35 yaşlı qadın görünüşü səbəbindən xeyli iş, reklam təklifi aldığını da iddia edib.
Rio-de-Janeyroda yaşayan qadın qarşılaşdığı vəziyyətdən çox da razı deyil. Belə ki, o, kişilərin əxlaqsız təklifləri səbəbindən şəxsi həyatı ilə bağlı problemlər yaşadığını söyləyib.