Arts Council Azerbaijan hər ay rəssamlar üçün plenerlər keçirir - FOTO

Arts Council Azerbaijan-nın Mərdəkan sənət rezidensiyasında "Arts Council Azerbaijan" QHT-si tərəfindən təşkil olunmuş iyun pleneri "Açıq səma altında" baş tutdu. Layihənin rəhbəri Dadaş Məmmədovdur. Bu interaktiv yaradıcılıq tədbiri istedadlı rəssamları dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyır.

Plenerlərin məqsədi rəssamlara qeyri-rəsmi şəraitdə tez-tez toplaşmaq, birgə rəsm yaratmaq, təcrübə və enerji mübadiləsi etmək, həmçinin təbiət qoynunda, açıq havada sənət əsərləri yaratmaq imkanını təmin etməkdir. Bu kimi tədbirlər rəssamların daimi ünsiyyətinə, onların inkişafına və yaradıcılıqlarının təşviqinə kömək edir.

Ənənəvi olaraq, plener iştirakçıları, o cümlədən həm gənc rəssamlar, həm də böyük nəsil rəssamları, səhər tezdən açıq havada işləyirdilər. Plenerdə Dadaş Məmmədov, Mələk Abbaszadə, Ləman Hacıyeva, Hüseyn Kəngərli, Samirə Fəizova, Ruslan Rüstəmov, Aliyə Əsədullayeva və Nailə Məmmədova kimi rəssamlar iştirak edirdilər.

Plener, rəssamların özünü inkişaf etdirmə  məqsədilə həyata keçirilir. Bu cür tədbirlər istedadların inkişafına və rəssamlar icmasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.