Arvadını tapmaq üçün verlişə gəldi, oğlunun dostu ilə oteldə yaxaladı - FOTO

Türkiyədə kişi itkin düşən arvadını oteldə oğlunun dostu ilə bir yerdə tutub.

Arvadını tapmaq üçün verlişə gəldi, oğlunun dostu ilə oteldə yaxaladı - FOTO
Türkiyədə kişi itkin düşən arvadını oteldə oğlunun dostu ilə bir yerdə tutub.

meqale.com xəbər verir ki, hadisə İstanbulun Kağıthane rayonunda qeydə alınıb.

Məlum olub ki, 50 yaşlı Nimet Ç. sentyabr ayında 52 yaşlı həyat yoldaşı Rüstəm Ç.-ni tərk edərək evdən uzaqlaşıb və onunla əlaqə kəsilib. Arvadından xəbər ala bilməyən Rüstəm Ç. onu tapmaq üçün bir televiziya proqramına belə çıxıb.

Sonradan müəyyən edilib ki, Nimet Ç. oğlunun 28 yaşlı dostu Mehmet U. ilə birlikdə Kağıthanedə yerləşən bir oteldə qalırmış. Bunu öyrənən Rüstəm Ç. həmin otelə gedib və onları eyni otaqda tutub. Hadisədən sarsılan kişi arvadını döyüb, Mehmet U.-nu isə bıçaqla yaralayıb.

Bildirilib ki, hər iki şəxs yüngül xəsarət alıb. Hücumu törədən Rüstəm Ç. isə polis tərəfindən saxlanılıb. Onun əvvəllər də 23 müxtəlif cinayətə görə məsuliyyətə cəlb olunduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma davam etdirilir.