Arvadının qətlində şübhəli bilinən Ağababa İDMANÇI İMİŞ - Yenilənib - FOTO

20:36

Arvadının qətlində şübhəli bilinən Ağababa İDMANÇI İMİŞ - Yenilənib - FOTO
20:36

Bu gün səhər saatlarında arvadını amansızca qətlə yetirməkdə şübhəli bilinən Ağababa Babışov idmançı imiş.

meqale.com oxuya istinadən xəbər verir ki, sözügedən şəxs kikboksla məşğul olub.

O, dəfələrlə medal və diplomlara layiq görülüb. Azyaşlı övladları var.

Həmçinin əldə etdiyimiz digər məlumata görə, atası Məzahir Babışov Sumqayıtda mal bazarının sahibi kimi fəaliyyət göstərib.

A.Babışovun fotolarını təqdim edirik:

-------- 19:48

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababa Babışovun FOTOSU

Xəbər verdiyimiz kimi, Sumqayıtda qətl hadisəsi baş verib. 32 yaşlı Səbinə Babışova səhər saatlarında əri Ağababa Babışov tərəfindən bıçaqla qətlə yetirilib.

meqale.com xəbər verir ki, manset.az həyat yoldaşını qətlə yetirən Ağababa Babışovun şəklini əldə edib. 

Qeyd edək ki, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

------------- 08:46 Sumqayıtda qətl hadisəsi baş verib.

meqale.com xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 12-ci mkr-da qeydə alınıb.

Hadisə zamanı ər Ağababa Babışovun arvadı 1993-cü il təvəllüdlü həyat yoldaşı Səbinə Babışovaya çoxlu sayda bıçaq zərbəsi yetirərək öldürdüyü bildirilir.