Aşura mərasimi hansı məscidlərdə keçiriləcək?
Aşura günü paytaxtda fəaliyyət göstərən bütün ibadət evlərində (məscidlərdə) mərasimlər keçiriləcək.
meqale.com xəbər verir ki, bu barədə oxuya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı, ilahiyyatçı alim hacı Fuad Nurullayev deyib.
O bildirib ki, regionların da əksəriyyətində Aşura mərasimi hər il keçirilir:
"Regionda yerləşən ibadət evlərində də sakinlər qaydalara uyğun olaraq Kərbəla şəhidlərinin əziz xatirəsini yad edəcəklər".