"Atamın tabutunu özüm daşıdım"
Lamiyyə Ələkbərova aparıcısı olduğu verilişdə etirafı ilə diqqət çəkib.
meqale.com xəbər verir ki, o, mərhum atasından danışıb.
Kövrək anlar yaşayan teleaparıcı yaşadıqlarını dilə gətirib:
"Atamın oğlu da, qızı da mən idim. Məndən başqa 5 uşağı olub. Heç bir qalmayıb. Atam dünyasını dəyişəndə tabutunu özüm daşıyıb, son mənzilə yola saldım. Bu, mənim borcum idi. İstəmədim desinlər ki, "oğlu yoxdur". Elə qoy, məni oğlu kimi görsünlər".