Avropa çempionatı: 3 cüdoçumuz mübarizəyə başlayır
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, 2-ci yarış günündə 3 cüdoçumuz tatamiyə çıxacaq.
Kişilərin 73 kq çəki dərəıcəsində 2 cüdoçumuz mübarizə aparacaq. 81 kq-da isə 1 cüdioçumuz qələbə uğrunda yarışacaq.
Avropa çempionatı 73 kq Vüsal Qələndərzadə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. Onun rəqibi kosovolu Dion Şarapolli olacaq. İlk mərhələdə güləşəcək aydın Rzayev İbrahim Demirəldən (Türkiyə) üstün olmağa çalışacaq.
81 kq Süleyman Şükürov da 1/16 finaldan başlayacaq. O, Petrov Kesovla (Kipr) üz-üzə gələcək.