Avtobus qəzasında 7 NƏFƏR ÖLDÜ, onlarla yaralı var
ABŞ-nin Missisipi ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb.
meqale.com lente istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Altı nəfərin yerindəcə, bir nəfərin isə xəstəxanada dünyasını dəyişdiyi bildirilir.
Telekanalın məlumatına görə, ümumilikdə 37 sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.