İngiltərə nəhəngi "Bavariya"nın ulduzunu almaq istəyir

Londonun "Tottenhem Hotspur" klubu yanvar ayında Münhen "Bavariya"sının mərkəz yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatmaq üçün cəhd etməyi planlaşdırır.

İngiltərə nəhəngi
Londonun "Tottenhem Hotspur" klubu yanvar ayında Münhen "Bavariya"sının mərkəz yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatmaq üçün cəhd etməyi planlaşdırır.

meqale.com istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun agenti artıq İngiltərə klubu ilə danışıqlara başlayıb. Qeyd olunur ki, "Bavariya" rəhbərliyi müqaviləsi iyunun 30-da başa çatacaq oyunçu ilə sözləşmənin müddətini uzadıb-uzatmamaq barədə hələ qəti qərar verməyib.

Məlumata görə, Qoretskanın mümkün transferi "Tottenhem"in baş məşqçisi Tomas Frankın təşəbbüsüdür. O, yarımmüdafiəçini heyətin təcili gücləndirilməsi üçün namizəd kimi nəzərdən keçirir. Futbolçu ilə həmçinin "Mançester Yunayted" və Madridin "Atletiko" klubları da maraqlanır.