“Aygün Kazımova mənə qızım deyir” - VİDEO
"Aygün Kazımovanın Hissə, Hissin də Aygün Kazımovaya olan sevgisini hamı bilir. Biz dəfələrlə efirdə də bir-birimizə olan sevgini demişik. Bəzi insanlar var ki, zövq alır, intriqa ilə bəslənirlər. Bunlar da belə xəbər çıxaranlardır".
meqale.com axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Hiss "Zarafat bir yana" verilişində deyib. İfaçı "Best" adlı mahnısından və bunun ətrafında dolaşan söz-söhbətlərdən danışıb. Hiss Xalq artisti Aygün Kazımovanın hit olan "S.O.S" mahnısı ilə bağlı suallara belə reaksiya verib:
"İki artist tərəfindən belə cavab yoxdursa, deməli, belə deyil. Sadəcə, təsadüflə mahnılar eyni vaxtda onlayn oldu. Mən Aygün Kazımovanı çox sevirəm, o, mənə "qızım" deyir. Aygün Kazımova şou-biznesin atasıdır. Müqayisə yoxdu, hər kəsin öz yolu var. Aygün Kazımovanın öz janrı var. Adamın mənim yaşım qədər təcrübəsi və sənəti var".