Azərbaycan gimnastları “AGF Trophy” medalları uğrunda mübarizə aparacaqlar: Bakıda keçirilən beynəlxalq turnirin sonuncu günü - FOTO
Bakıda yerləşən Milli Gimnastika Arenasında idman gimnastikası üzrə "AGF Trophy" beynəlxalq turnir yarışlarının sonuncu gününə start verilib.
                        meqale.com Trend-ə istinadən xəbər verir ki, turnir "yeniyetmələr", "gənclər", eləcə də "böyüklər" yaş kateqoriyaları arasında keçirilir.
Bu gün turnirin qalibləri və mükafatçıları müəyyənləşəcək.
Azərbaycanı finalda "yeniyetmələr" yaş kateqoriyasında təmsil edənlər: Emin Xankişiyev, İlham Salayev, Hüseyn Qəhrəmanov, Məhəmməd Rüstəmzadə, Leyla Məmmədzadə, Albina Əliyeva və Aynaz Məcizadə.
Azərbaycanı finalda "gənclər" yaş kateqoriyasında təmsil edənlər: Aydın Əlizadə, Nihat Muradlı, Dəniz Əliyeva, Aytən Məmmədova və Xədicə Abbaszadə.
Azərbaycanı finalda "böyüklər" yaş kateqoriyasında təmsil edənlər: İvan Tixonov, Rəsul Əhmədzadə, Nikita Simonov, Murad Ağarzaev, Mənsum Səfərov, Nazənin Teymurova və Duyqu Məcidzadə.