Azərbaycan öz sərhədlərini təhlükəyə salmamaq üçün adekvat addımlar ata bilər

Bölgə ölkələri əgər Ermənistanın təhlükəsizliyi ilə bağlı sülh mühitinə zidd hərəkətlərinə adekvat cavab verməsə, Azərbaycan özü adekvat cavab verməli olacaq.

meqale.com xəbər verir ki, bunu Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, doğrudan da bölgəyə real olaraq təhlükə var.

"Azərbaycan öz sərhədlərini təhlükəyə salmamaq üçün mühim adekvat hərbi addımlar ata bilər. Bunu Ermənistanın arxasında olan qüvvələr, Ermənistanla təhlükəsizliklə bağlı pakt imzalayanlar da bilsin. Ümumiyyətlə bu hadisələr bir daha göstərir ki, əslində kim kiminlə hansı münasibətlərə malikdir. Publika qarşısında kimlərsə bir-biri ilə vuruşa bilər, amma əslində nələr baş verir, biz bunu çox yaxşı bilirik. Yaxın Şərqdə kimin, hansı qüvvələrin bölgəyə gəlişindən sonra güclənməsini, kimin hansı ölkələrdə, hansı siyasi qüvvəyə sahib olmasına başlanmasını da yaxşı bilirlər. Ona görə illüziyaya qapılmağa heç bir ehtiyac yoxdur.