Azərbaycana pul köçürmələri azalıb - Mərkəzi Bank
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana pul köçürmələri 45 faiz azalaraq, 891 milyon dollar olub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ölkəyə pul köçürmələrinin 68 faizi Rusiyadan daxil olub.