Azərbaycanda ağır qəza - evakuatorla minik maşını toqquşdu: ölən var - FOTO

Bərdədə evakuatorla minik maşını toqquşub, bir nəfər ölüb.

Azərbaycanda ağır qəza - evakuatorla minik maşını toqquşdu: ölən var - FOTO
Bərdədə evakuatorla minik maşını toqquşub, bir nəfər ölüb.

meqale.com Trend-ə istinadən bildirir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Ağamirzəyev Nəriman Fərman oğlu "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən, 1978-ci il təvəllüdlü Etibar Məmmədov idarə etdiyi "İSUZU" markalı evakuatorla "VAZ" markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində vaz markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü E.Məmmədov hadisə yerində ölüb.