Azərbaycanda ağır qəza - Yaralanan var - FOTO
Xaçmaz şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov prospektində "Vaz 2107" markalı minik avtomobili idarəetməni itirməsi nəticəsində yolun kənarındakı şam ağaclarına çırpılıb.
Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü Cavad İsayev xəsarət alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.