Azərbaycanda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Azərbaycanda avtomobilin vurduğu piyada xəstəxanada öldü
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə dünən gecə saatlarında baş verib.

"Hyunday" markalı avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Mübariz Mehrəli oğlu Əliyevi vurub.

Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq M.Əliyev səhər saatlarında müalicə aldığı xəstəxanada ölüb.