Azərbaycanda bir neçə dərman müəssisəsinin istifadəyə verilməsi gözlənilir

Yaxın vaxtlarda Azərbaycanda bir neçə dərman müəssisəsinin istifadəyə verilməsi gözlənilir.

Azərbaycanda bir neçə dərman müəssisəsinin istifadəyə verilməsi gözlənilir
Yaxın vaxtlarda Azərbaycanda bir neçə dərman müəssisəsinin istifadəyə verilməsi gözlənilir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişkiliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov bildirib.

O qeyd edib ki, "Dərman vasitələri haqqında" Qanuna edilən dəyişikliklər dərman istehsalı sənayesinin inkişafına təkan verdi və artıq bir neçə dərman istehsalı müəssisəsi istifadəyə verilib.

"Bundan sonra da belə müəssisələrin istifadəyə verilməsi gözlənilir. Dərman istehsalı müəssisələrinin yaradılmasında təkcə azərbaycanlı sahibkarlar deyil, eyni zamanda dünyada tanınmış şirkətlər də cəlb olunur.

Belə müəssisələrin istifadəyə verilməsi keyfiyyətli dərman istehsalına, xaricdən ölkəyə gətirilən dərmanların sayının azalmasına imkan verəcək, eyni zamanda dərmanların qiymətinin aşağı düşməsinə şərait yaradacaq", - deyə komitə sədri əlavə edib.

Qeyd edək ki, Azərbaycanda dərman vasitələrinin və ya dərman maddələrinin reyestrə daxil edilmə qaydası müəyyənləşir. "Lisenziyalar və icazələr haqqında" qanuna təklif edilən dəyişiklikliyə əsasən, icazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının və dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 11 (on bir) iş günü müddətində derman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatını tanıyaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edir və ya imtina haqqında qərar qəbul edir. İcazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının, dərman vasitələrinin və ya dərman maddələrinin ekspertizasının nəticəsi əsasında 23 (iyirmi üç) iş günü, dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında isə 13 (on üç) iş günü müddətində dərman vasitələrinin idxalına icazəni və onun əlavəsini verir və ya icazənin verilməsindən imtina haqqında qərar qəbul edir.