Azərbaycanda bu ərazilərdə sürüşmələr ola bilər - Alimdən XƏBƏRDARLIQ - VİDEO
"Dağlıq ərazilərdə yaxın günlərdə sürüşmələr ola bilər".
                        meqale.com bildirir ki, bu sözləri "Xəzər Xəbər"ə müsahibəsində Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.
Mütəxəssisin sözlərinə görə, intensiv yağışlar səbəbilə respublikadakı dağlıq ərazilərdə həm təbii, həm də antropogen sürüşmələr ola bilər.
Ənvər Əliyevin fikrincə, havaların yağıntılı keçməsi paytaxt Bakıda da torpaq sürüşmələrinin aktivləşəcəyi ehtimalını artırır.
Mütəxəssis deyib ki, təbii torpaq sürüşməsinin qarşısını almaq çətin olsa da, antropogen təsirlərdən qorunmaq mümkündür. Bunun üçün ağacların əkilməsi səmərə verə bilər.
Ətraflı süjetdə:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun