Azərbaycanda bu maşınları heç kim almır - Kəskin ucuzlaşa bilər
Dizel yanacağı ilə işləyən avtomobillərə maraq nisbətən azalıb. Azərbaycanda Aİ-92 benzininin və dizel yanacağının qiymətinin dəyişməsi və bu iki yanacaq növü arasındakı qiymət fərqinin azalması dizel ilə işləyən avtomobillərin alış sayının əvvəlki aylara nisbətən azalmasına səbəb olub.
meqale.com xəbər verir ki, hazırda avtomobil bazarındakı vəziyyətlə bağlı daha ətraflı Yenisabah.az-a danışan maşın satışı üzrə realtor Asif Qasımov bildirib ki, sözügedən tendensiya təxminən 1 aydır ki, davam edir. Onun sözlərinə görə, istər paytaxt, istərsə də digər şəhər və rayonlarda yerləşən avtomobil bazarlarında da bənzər vəziyyət müşahidə olunmaqdadır:
"Nümunəni elə özümdən çəkim. İllərdir sırf dizel maşınların satışı ilə məşğulam. Bu növ maşınlara tələbat həmişə çox idi. Çünki dizelin qiyməti benzinə nisbətən ucuz və sərfəliydi. Məsələn, may və iyunda, 2 ay ərzində 10-dan çox maşın satmışam. Hamısı da dizel. İyul da pis keçmədi. Düzdü, taksi məsələsi ilə bağlı bazara çoxlu "Prius" və "Honda" çıxardılar. Amma yenə də "Mersedes", "Opel" və "Renault" kimi markaların dizel maşınları yaxşı satılırdı". turbo az mercedes
Realtor payıza doğru dizel maşınlarına tələbin arta biləcəyini deyib: